Nərimanla toqquşan müdafiəçinin üzünü nə vaxt görəcəyik? - YENİ XƏBƏR

11:40 Araz-Naxçıvan 239
Nərimanla toqquşan müdafiəçinin üzünü nə vaxt görəcəyik? - YENİ XƏBƏR

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun Polşanın Krakov şəhərində Ukrayna ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi matçından əvvəl aldığı zədənin ciddi olduğu ortaya çıxıb.

“Araz-Naxçıvan”ın stopperinin təxminən iki aya yaşıl meydanlardan kənarda qalacağı iddia olunur.

Həmçinin qeyd edilir ki, onun bu il meydana çıxa bilməməsi riski də var.

Rahil DÇ-2026-nın seçmə mərhələsinin Parisdə Fransaya qarşı keçirilmiş görüşündə sonradan meydana çıxmışdı. O, Polşadakı son məşqdə Nəriman Axundzadə ilə toqquşub və qasıq nahiyəsindən xəsarət alıb.

“Pax“ı qırılan müdafiəçi artıq müayinə edilib. Həkimlərin rəyinə əsasən, yığmanın üzvü tərqibən 1 ay sonra ayağına butsı geyinə və fərdi məşqlərə başlaya biləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti