“Bəzən bir qələbə bütün düşüncələri dəyişə bilər”

13 Oktyabr 2025 23:00 Araz-Naxçıvan 767
“Bəzən bir qələbə bütün düşüncələri dəyişə bilər”

"Potensialımız daha çoxuna imkan verir.

Bunun üzərində çalışmalıyıq”.

Bu sözlər “Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənəlizadəyə məxsusdur.

31 yaşlı arxa xətt oyunçusu Premyer Liqanın 5-ci turunda "Qarabağ"dan aldıqları 0:5 hesablı yenilginin psixoloji olaraq onlara mənfi təsir etmək ehtimalını bu cür qarşılayıb:

“İstər-istəməz bəlkə də böyük hesablı məğlubiyyət komandaya təsir etmişdi. Amma komandamız əzmkar kollektivdir.

Çalışırdıq ki, qələbə ilə həmin məğlubiyyəti unutduraq. Bəzən 1 qələbə bütün düşüncələri dəyişə bilər.

Önümüzə baxacağıq. Mövsümün son turuna kimi məqsədimiz üçün mübarizə aparacağıq.

İnanıram ki, qarşıdakı görüşlərdə həmin potensialımız tam açılacaq. Növbəti matçlara köklənmişik".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti