
"Araz-Naxçıvan"ın hücumçusu Felipe Santos Sportinfo.az-a açıqlama verib.
Braziliya legioner milli komandalara görə yaranmış fasilədə təmsil olunduqları Naxçıvan Muxtar Respublikasına olunan səfərdə yaşadıqlarını bizimlə bölüşüb:
"Naxçıvan şəhərini görmək çox gözəl idi. Azarkeşlər və uşaqlarla bir yerdə olmaq, həm futbol oynamaq, həm də şəhər üçün çox faydalıdır.
Bu görüş uşaqların yaddaşında silinməyəcək izlər buraxacaq.
Bizi xoş qarşıladılar.
Stadionun strukturu çox yaxşıdır, əlbəttə, bəzi dəyişikliklər edilməlidir.
Amma inanıram ki, Naxçıvan tezliklə komandanın oyunlarını şəhərdə keçirməyə hazır olacaq.
Bu da komandanın azarkeşlərin dəstəyi ilə daha da güclənməsinə kömək edəcək.
Biz də orada oynamaq, onların dəstəyindən faydalanmaq, qazanacağımız qələbələri birgə qeyd etmək istəyirik.
Bu səfər zamanı azarkeşlərlə tanış olmaq çox xoş idi. Onları əbəs yerə 12-ci oyunçu adlandırmırlar.
Meydanda biz, kənardan isə onlar rəqibə təzyiq edir".
XANOĞLAN