İki klubumuzla bağlı açılmayan "düyün" - Allah tezindən versin

11 Oktyabr 21:00 Araz-Naxçıvan 243
İki klubumuzla bağlı açılmayan "düyün" - Allah tezindən versin

Nəhayət, “Araz Naxçıvan”ı da öz yurd-yuvasına gedən gördük.

Aylardır bu barədə yazırıq, irad bildiririk ki, aid olduğunuz yerə dönün.

3 ildi Bakıda məskunlaşan komanda bir dəfə olsun ayağını Naxçıvan torpağına qoymamışdı. Bu cür yanaşma rəzalətdən başqa bir şey deyildi.

Milli komandalara görə yaranmış fasilədən istifadə edən “Araz” Naxçıvana yola düşüb. Futbolçuları hava limanında izdiham qarşılayıb. Naxçıvan şəhər stadionunda baş tutan görüşə çox sayda yerli tərəfdar gəlib.

Bir müddət əvvəl “İmişli” də doğma rayona baş çəkmiş, onu sevənlərlə yaxından görüşmüşdü.

Təqdir olunmalı haldır. Müvəqqəti olaraq təmsil olunduğun bölgədən uzaq düşə bilərsən, amma birdəfəlik unutmaq olmaz. Ənənə qorunmalıdır, bağlar qopmamalıdır.

Ev oyunlarını kənarda keçirməyin bir bəhanəsi,bəraəti var, ancaq tamamilə unudulmağın heç bir izahı yoxdur. Tək adı məsuliyyətsizlikdir.

Ümid edək ki, qısa zamanda Naxçıvan və İmişli şəhər stadionları ilə bağlı düyün də açılacaq.

Adıçəkilən arenalarda təmir-tikinti işləri aparılmalı, hər iki kollektiv ən qısa zamanda öz evinə dönməlidir.

Allah tezindən versin…

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 18:10 Çək və bizə göndər!
11 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM