“Səviyyəli legionerlərin sayı artıb, çempionat ağır keçəcək, sürpriz nəticələr çox olacaq”

16:40 Araz-Naxçıvan 146
“Səviyyəli legionerlərin sayı artıb, çempionat ağır keçəcək, sürpriz nəticələr çox olacaq”

Premyer Liqada cəmi 6 tur geridə qalsa da, mövsümün gərgin keçəcəyini artıq indidən müəyyən etmək çətin deyil.

Xüsusən I Liqadan elitaya yüksələn komandaların kifayət qədər təhlükəli görünməsi diqqət çəkir. Elə buna görə də hər tur sürpriz nəticə(lər) qeydə alınır.

“Qarabağ” xaric, avrokuboklara hansı komandaların vəsiqə qazanacağını, elitanı hansı komandaların tərk edəcəyini iddia etmək çətindir.

“Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov Sportinfo.az-a açıqlamasında bu mövzuda fikirlərini“Bu il bütün komandalar keyfiyyətli futbolçular cəlb edib.

Səviyyəli legionerlərin sayı artıb.

Buna görə də gözlənilməz nəticələr qeydə alınır. Çempionat ağır keçəcək, sürpriz nəticələr çox olacaq.

12 komandanın hamısı bir-birində xal almaq gücündədir. Rəqibin adından asılı olmayaraq hər oyuna ciddi yanaşmaq lazımdır.

Bəlkə də çempionat yeni başlayıb deyə, intriqa hiss olunmur. Ancaq get-gedə gərginlik artacaq, maraqlı olacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti