"Yaxşı iş ortaya qoyduq, amma..." - Elmar Baxşıyev

12 Sentyabr 20:10 Araz-Naxçıvan 204
"Yaxşı iş ortaya qoyduq, amma..." - Elmar Baxşıyev

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. “Kəpəz” sonuncu yerdə olsa da, keyfiyyətli, təhlükəli oyunçuları var. Komanda olaraq yaxşı iş ortaya qoya bildik. Amma daha da yaxşı olmalıyıq. Yolumuza davam edəcəyik.

- Komandanın hücum potensialından razı qaldız?

- Sərəncamımda olan futbolçuların hamısı keyfiyyətlidir. Rəqibin müdafiəsini də nəzərə almaq lazımdır. Hücum oyunçularımız bu gün yaxşı idilər. Öz üzərlərinə düşənləri etməyə çalışdılar.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM