
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov növbəti dəfə açıqlaması ilə Naxçıvandakı futbolsevərləri sevindirib.
O, “Araz-Naxçıvan”ın intizarına yaxın vaxtlarda son qoyulacağını bildirib.
Sitat: "Muxtar respublika futbolunun tarixini, ənənələrini özündə əks etdirən Naxçıvan Muxtar Respublika stadionu yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir edilərək klubun və Naxçıvan futbolunun sərəncamına veriləcək".
Təbii ki, hamımızı sevindirən açıqlamadır.
Amma ilk dəfə deyil eşidirik.
Son bir ildə de fakto "Araz Naxçıvan"ın rəhbəri olan şəxs ən azı 3 dəfə eyni vədi verib.
Amma arxada qalan zaman kəsiyində Naxçıvan stadionunda heç bir iş görülməyib.
Belə yerdə atalarımızın "100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır" məsəli yada düşür.
Zaur müəllim vədlər verir, paralel olaraq klub Bakıda gününü keçirməyə davam edir.
Hörmətli Axundov, yaxşı olar ki, bu qədər danışmaqdansa arenadan fotolar paylaşın.
İşin getməsini əyani göstərən fotolar.
Biz də bilək ki, bu dəfə alışdığımız yalançı vədlər deyil.
XANOĞLAN İMANOV