Azərbaycan klubunun yolunu gözlədiyi legionerdən XƏBƏR VAR!

29 Avqust 2025 20:40 Araz-Naxçıvan 2 566
Azərbaycan klubunun yolunu gözlədiyi legionerdən XƏBƏR VAR!

“Araz-Naxçıvan”ın bu ilin əvvəlində heyətinə qatdığı Əyyub Allaşdan hələ də komandasına kömək edə bilmir.

Ötən mövsümün 28-ci turunda, martın 29-da “Neftçi”ylə oyunda sıradan çıxan 27 yaşlı yarımmüdafiəçi əməliyyat olunmuşdu.

Əməliyyatdan sonra 4-5 ay yaşıl meydanlardan yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi ki, həkimlərin rəyinə görə avqustda, ən pis halda sentyabrda “Araz-Naxçıvan”ın məşqlərinə qoşulmalıydı.

Di gəl, Mərakeşdən olan futbolçu hələ də Bakıya qayıtmayıb.

Klubdan aldığımız bilgiyə görə, Əyyub əməliyyatdan sonra yaşadığı Belçikaya yollanıb və o vaxtdan bu yana Azərbaycana qayıtmayıb.

Hazırda bərpa dövrü keçən səbəbkarın sentyabrın ikinci yarısında məşqlərə başlayacağı ehtimal olunur. Hər şey bərpanın gedişindən asılıdır.

Bir sözlə, Allaş “Araz-Naxçıvan”a ən yaxşı halda oktyabrda kömək edə biləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti