“Rəşad Sadıqova hörmətim var, artıq həmin hadisəni unutmuşam”

13:40 Araz-Naxçıvan 182
“Rəşad Sadıqova hörmətim var, artıq həmin hadisəni unutmuşam”

Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santos Premyer Liqanın ikinci turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra sualları cavablandırıb.

- Qələbəni necə şərh edərdiniz?

- Oyun çətin keçdi. “Turan Tovuz” uzun toplarla oynayırdı. Biz komanda olaraq matça yaxşı hazırlaşmışdıq. Çox şadıq ki, qələbə qazandıq. Artıq növbəti oyunu düşünməliyik.

- Komandanızın ikinci qolu vurduğu epizodda hamı sizin zərbə endirəcəyinizi gözlədiyi halda ötürmə verdiniz...

- Gördüm ki, komanda yoldaşım daha yaxşı epizoddadır. Ona görə də ötürmə verdim. Şadam ki, o, fərqlənə bildi. Məhsuldar ötürmə müəllifi olmaq da sevindiricidir.

- Növbəti matçda “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Sabiq komandamızla görüşdən gözləntiləriniz nədir?

- Bəli, “Qəbələ” sabiq klublarımdan biridir. 3 il əvvəl o komandanın heyətində Azərbaycan kubokunu qazanmışdım. Çətin oyun keçəcək. Hər görüşə olduğu kimi, bu dəfə də meydana qələbə qazanmaq üçün çıxacağıq. Çünki qarşımızda hədəflərimiz var.

- Ötən tur “Zirə” ilə görüşdə rəqib baş məşqçi Rəşad Sadıqovla aranızda mübahisə yaşandı. Sizə elə gəlmir ki, həmin epizodda bir qədər aqressiv davrandınız?

- Rəşad Sadıqova hörmətim var. O, yaxşı məşqçidir. Oyun epizodunda bəzən belə hallar olur. Artıq həmin hadisəni unutmuşam.

- Yayda “Zirə”nin sizinlə maraqlandığı deyilir. Həqiqətən də təklif almışdınız?

- Təkliflər olmuşdu. Lakin mənim “Araz-Naxçıvan”la müqaviləm var. Burada olduğum üçün xoşbəxtəm. Komandamla birgə avrokuboklarda da çıxış etdim. Konfrans Liqasında oynadıq. Bir sözlə, “Araz-Naxçıvan”da qalmaqdan məmnunam.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil