.jpg)
Premyer Liqanın ikinci turu Elmar Baxşıyevin «Araz-Naxçıvan»ın baş məşqçi postunda sonuncu ola bilər.
Bu gün Suraxanıda «Turan Tovuz»un qonağ olacaq «ağ-qaralar» hazırkı sükançısının vəzifədə qalmasını istəyirsə, mütləq qalib gəlməlidir.
Komandanın Konfrans Liqasının üçüncü mərhələsində «Omoniya»ya 0:4 və 0:5 hesabıyla uduzması rəhbərliyi qəzəbləndirib.
Yay transfer pəncərəsi dövründə heyətin gücləndirilməsinə böyük maliyyə xərcləyən, şəraiti bir xeyli yaxşılaşdıran yönətim, nəhayət, hərəkətə gəlib.
Funksionerlər Premyer Liqanın ilk turunun «Zirə» ilə səfər matçından sonra kollektivlə görüş keçirib. Burada futbolçulara çox ciddi iradlar səsləndirilib, məsuliyyət hissini tirmələrinə görə onları qınayıblar.
Həmçinin baş məşqçiyə xəbərdarlıq olunub. Qeyd edilib ki, Tovuz təmsilçisi ilə görüşdə uğursuz seriyaya son qoyulmasa, istefa ərizəsi yaza bilər.
SPORTİNFO.AZ