
"Araz-Naxçıvan"ın zədəli hücumçusu Ramon Maçadonun durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, məşq zamanı zədələnən braziliyalı artıq meydana çıxa bilər.
Onun Premyer Liqanın növbəti turunda "Turan Tovuz"a qarşı oyunda forma geyinməsi istisna olunmur.
34 yaşlı forvard zədəsini sağaltdıqdan sonra həkimlər ona istirahət etməyi məsləhət görüblər. Bu səbəbdən baş məşqçi Elmar Baxşıyev Maçadonu riskə atmaq istəməyib.
O, komandanın Konfrans Liqasında keçirdiyi oyunlarda da iştirak etməyib.
"Turan Tovuz" - "Araz-Naxçıvan" matçı avqustun 24-də "Azərsun Arena"da keçiriləcək.