
Bir futbolçunun gedişi ilə nələrin 180 dərəcə dəyişə biləcəyini gördük «Araz-Naxçıvan»da.
Elmar Baxşıyevin komandası son beş 45 dəqiqədə qapısından üst-üstə 12 top buraxıb!
İqor Ribeyronun meydanda olmadığı müddətdə qapısı «aşsüzən»ə dönən baş məşqçinin gərək deməyə çox sözü olmasın.
O, özünü və sərəncamındakı oyunçu heyətini 1 nəfərdən asılı hala gətirməklə, yanlışa yol verdi. İndi top ondadır, borc onundur.
İkinci Ribeyronu tapmalıdır. Haradan tapır-tapsın, amma tapsın. İsaak Paro, Bəxtiyar Həsənəlizadə, Ömər Buludov, Slavik Alxasov və digərləri braziliyalının müdafiədəki yerini vermir. O deyil heç biri.
Deyəsən, klub rəhbərliyi yeni transfer etməyə hazırlaşmır. Büdcə bağlanıb, deyirlər.
Deyirlər, ancaq Elmar Baxşıyev zəhmət çəksin, öz maaşının 2/3 hissəsindən imtina etsin, həmin pula bir mərkəz müdafiəçisi aldırsın. Çatmasa, üstünü Ceyhun Sultanov düzəldər.
«Araz Naxçıvan»ın 90 faiz komplektləşib bu
yay. Ən zəif nöqtələri müdafiənin mərkəzidir. Ribeyronun «Neftçi»yə satmaqla gülləni öz ayaqlarına sıxıblar.
Rəqiblər onları başqa istiqamətdən yox, elə bu yerdən vuracaq. Ribeyronun gedişi ilə arxa zonada dəlik əmələ gəlməyib e, yarğan yaranıb!
ELXAN