Premyer Liqa və I Liqa klubları arasında SÖVDƏLƏŞMƏ

10:40 Araz-Naxçıvan 459
Premyer Liqa və I Liqa klubları arasında SÖVDƏLƏŞMƏ

“Araz-Naxçıvan”da növbəti ayrılıq gerçəkləşib.

Premyer Liqanın bütünc medalçısı Turan Vəlizadəni icarəyə verib.

O, 2025/2026 mövsümün I Liqada keçirəcək. Naxçıvan təmsilçisi onu “Səbail”ə göndərib.

24 yaşlı yarımmüdafiəçi öz istəyi ilə düşərgəni dəyişib. "Araz-Naxçıvan"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan orta sahə oyunçusu “dənizçilər“dən 1500 manat əməkhaqqı alacaq.

“Ağ-qaralar“ isə “Əlincə“nin yetirməsinə hər ay 800 manat ödəmə edəcək.

Vaxtilə “Neftçi“ və “Turan Tovuz“un da formasını geyinmiş Vəlizadə sırf oyun praktikası qazanmaq üçün Bayıl təmsilçisinin yolunu tutub.

Elmar Baxşıyevin onunla vidalaşmaq niyyəti olmasa da, təkidlə getmək istədiyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti