Getdi, gördü, gəldi - Premyer Liqa ilə Ekstraklassa arasında nə fərq var?

21 Avqust 23:40 Araz-Naxçıvan 219
Getdi, gördü, gəldi - Premyer Liqa ilə Ekstraklassa arasında nə fərq var?

“Polşa karyerası mənə nə verdi? Təcrübə deyərdim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan“ın müdafiəçisi Rahil Məmmədov deyib.

Yaxınlarda “ağ-qaralar“la birillik müqavilə imzalayan millinin oyunçusu bildirib ki, Ekstraklassada futbol daha sürətli və atletikdir:

“Polşada olanda da Premyer Liqanı diqqətdə saxlayırdım.

Deyərdim ki, çempionatımızın səviyyəsi yüksəlib, komandalar arasında rəqabət artıb. Bu da legionerlərin sayının çoxalmasıyla bağlıdır“.

Rahil 2024-cü ilin əvvəlində “Qarabağ“dan “LKS-Lodz“a keçib. Ötən ilin yayında isə Polşada klubunu dəyişib, “Radomyak“la anlaşıb.

O, burada əsas heyətə düşməyə çətinlik çəkdiyi üçün müqaviləni qarşılıqlı razılıq əsasında pozub və “Araz“a gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 17:30 Çək və bizə göndər!
21 Avqust 13:20 Azərbaycanın XEYİRİ