0:9-a REAKSİYA: “Komanda şəklində daha çox səhvlər etdik”

02:40 Araz-Naxçıvan 92
0:9-a REAKSİYA: “Komanda şəklində daha çox səhvlər etdik”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiprin “Omoniya” komandasına qarşı keçirdikləri cavab oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 0:5 hesablı (ilk oyun 0:4) məğlubiyyətlə bağlı bunları söyləyib:

“Hər avrokubok mövsümü və oyunları iştirakçı komandalar üçün faydalıdır. “Araz-Naxçıvan” bu yarışda yeni komandadır.

Əlbəttə, məğlubiyyətlərdən nəticə çıxarsaq, gələcək üçün faydalı olacaq. Hər iki oyunda yenildik.

Rəqibi təbrik edirik. Təcrübəli, bizdən güclü kollektivdirlər. Layiqli qələbə qazandılar.

İkinci hissədə müdafiə xəttində müəyyən dəyişikliklər edildi. Ancaq hər iki oyundakı məğlubiyyəti İqor Ribeyronun yoxluğu ilə bağlamazdım.

Komanda şəklində daha çox səhvlər etdik. Qarşımızdakı rəqib də daha təcrübəli və iki oyuna görə daha keyfiyyətli idi.

İqor artıq bizim oyunçu deyil, onunla bağlı hansısa düşüncəmiz, planımız yoxdur.

Təlim-məşq toplanışında da bu sistemdən istifadə edirdik və hər iki sistemə öyrəşmişik. Daha çox komanda şəklində bərk olmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!
18 Avqust 11:20 Bu da Mahirin qolu - VİDEO
18 Avqust 03:30 Elçin Sloveniyaya gedir