"Araz" böyük hesabla məğlub oldu, Avropa ilə vidalaşdı

14 Avqust 22:56 Araz-Naxçıvan 840
"Araz" böyük hesabla məğlub oldu, Avropa ilə vidalaşdı

“Araz-Naxçıvan” Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.

Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə “Omoniya” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqlənib.

Beləliklə, Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.

21:00. "Omoniya" (Kipr) – "Araz-Naxçıvan" 5:0

Qollar: V.Semedo, 9; S. Jovetiç, 22; Evandro, 30, 45+4, Musialovski, 79
İlk oyun – 4:0

Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu

"Omoniya": 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 6. Karel Eytinq, 7. Villi Semedo, 8. Stevan Yovetiç, 11. Evandro, 21. İoannis Masuras, 30. Nikolaos Panayotu, 31. İoannis Kusulos (k), 75. Loyzos Loyzu.
Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 98. Xaralambos Kiriakidis, 2. Alfa Dyounku, 9. Mariuş Stepinski, 10. Tasos Xatsiyovanis, 14. Mateo Mariç, 24. Amin Xammas, 27. Stefan Simiç, 33. Mateuş Musialovski, 44. Noviça Erakoviç, 85. Angelos Neofitu, 90. Xristos Konstantinidis.
Baş məşqçi: Henninq Berq.

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 26. Ömər Buludov, 29. Vanderson Melo (k), 44. Rahil Məmmədov, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 19. Bar Kohen, 34. Ürfan Abbasov, 70. Çarlz Boli.
Baş məşqçi: Elmar Baxşıyev.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu