“Bakıda məhsuldar idik, çoxlu qol vurduq, yenə də ciddi oynamalıyıq“

14 Avqust 2025 19:20 Araz-Naxçıvan 687
“Bakıda məhsuldar idik, çoxlu qol vurduq, yenə də ciddi oynamalıyıq“

“Omoniya” nın baş məşqçisi Henninq Berq Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun Nikosiyada “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun - 4:0) haqda fikirlərini bölüşüb.

Sporrtinfo.z xəbər verir ki, norveçli mütəxəssis bu gün baş tutacaq matç haqda bunları deyib:

“Matçı səbirsizliklə gözləyirik. Yaxşı formadayıq, amma istədiyimiz səviyyədə olduğumuzdan əmin olmalıyıq.

Bakıdakı matçla müqayisədə gözləntimiz nədir? Oyunumuzu dəqiq dəyərləndirməliyik.

Bakıda məhsuldar idik, çoxlu qol vurduq. Amma “Araz-Naxçıvan”ın güclü komanda olduğunu bildik.

Onlar bunu “Aris”lə matçlarda sübut etdilər. Yenə də ciddi oynamalıyıq və bacarığımızı göstərməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq