Kiprdə “Omoniya” reallığı – Bu komanda son 10 oyunda...

13 Avqust 21:20 Araz-Naxçıvan 300
Kiprdə “Omoniya” reallığı – Bu komanda son 10 oyunda...

Konfrans Liqasındakı təmsilçimiz “Araz-Naxçıvan” çətin sınaq qarşısındadır.

“Qırmızı-ağlar” sözügedən turnirin III təsnifat mərhələsində “Omoniya” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Kiprlilər ötən həftə Bakıda baş tutan oyunda bizimkilərin qapısından 4 cavabsız top keçirməklə pley-offun qapılarını aralamağı bacarmışdı.

Bu dəfə öz meydanında, doğma azarkeşlərinin gözlərinin qarşısında çıxış edəcək “Omoniya” “ev”də kifayət qədər inamlı təsir bağışlayır.

“Ağ-yaşıllar” 2023/24 mövsümündə Konfrans Liqasının III mərhələsinə qədər irəliləmişdisə, ötən mövsüm bu turnirin əsas mərhələsində mübarizə apararaq pley-offa çıxmağı bacarıb. Cari mövsümdə isə Kutaisi “Torpedo”nunu üstələyərək “Araz-Naxçıvan”a rəqib olub.

“Omoniya” 2023-cü ilin yayından bu yana Kiprdə 10 oyun keçirib. Nəticələr belədir.

Omoniya – Qəbələ (Azərbaycan) – 4:1

Omoniya – Midtyulland (Danimarka) – 1:0

Omoniya – Torpedo (Kutaisi, Gürcüstan) – 3:1

Omoniya – Fehervar (Macarıstan) – 1:0

Omoniya – Zirə (Azərbaycan) – 6:0

Omoniya – Vikinqur (İslandiya) – 4:0

Omoniya – Legiya (Polşa) – 0:3

Omoniya – Rapid (Vyana, Avstriya) – 3:1

Omoniya – Pafos (Kipr) – 1:1

Omoniya – Torpedo (Kutaisi, Gürcüstan) – 1:0

Yəqin ki, əlavə şərhə gərək yoxdur. “Araz-Naxçıvan”ın rəqibi öz meydanında keçirdiyi son 10 oyunun 8-də qələbə qazanıb, 1-də heç-heçə oynayıb və yalnız 1-də “Legiya”ya boyun əyib.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv cümə axşamı “Nikosiya” stadionunda qalib gəlməyi bacarsa, həm məğlubiyyətin əvəzini çıxacaq, həm də “Omoniya”nın son 3 ev görüşündəki məğlubiyyətsizlik seriyasına son qoyacaq.

Komandalar arasında avqustun 14-də keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 18:10 Çək və bizə göndər!
13 Avqust 09:00 "Sumqayıt"dan ilk satış
13 Avqust 08:00 Xəzərdə zəlzələ oldu
13 Avqust 05:00 Yeni müqavilə - 3 İLLİK