“Bu, futbolçulara problem yaratmamalıdır” – Elmar Baxşıyev

13 Avqust 21:00 Araz-Naxçıvan 635
“Bu, futbolçulara problem yaratmamalıdır” – Elmar Baxşıyev

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Omoniya” ilə qarşılaşacaq “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin iştirakı ilə bu gün oyundan əvvəl mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, o, görüşlə bağlı fikirlərini səsləndirib:

“Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir.

Doğma meydanda böyük hesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik.

Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq.

Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu da göstərə bilmədik. Amma bunlar arxada qaldı.

Komanda şəklində daha yaxşısını edə bilirik. Havanın temperaturu Bakı ilə demək olar, oxşardır.

Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu, futbolçulara problem yaratmamalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu