
Təcrübəli futbol mütəxəssisi Arif Əsədov Sportinfo.az-a açıqlama verib.
O, "Araz-Naxçıvan"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Omoniya"dan aldığı biabırçı məğlubiyyəti (0:4) şərh edib:
"Təbii ki, "Omoniya" güclü rəqib idi. Bizə çox tanışdır. Digər klublarımız da qarşılaşıb. Yalnız "Qarabağ" qələbə qazana bilmişdi. Bu baxımdan "Araz" oturuşmuş, təşkilatlanmış komandaya qarşı oynayırdı.
Bərabərlik, qələbə gözləmək olardı. Görünən odur ki, ilk dəqiqələrdən rəqib təşəbbüsü ələ aldı. "Araz" sanki hazır deyildi, ya da bunu gözləmirdi.
Təmsilçimiz müdafiədə çox zəif oynadı. Ribeyronun olmaması da təsir göstərirdi. Amma ümumilikdə komanda zəif təsir bağışladı. Daha çox fərdi oyuna üstünlük verdilər, nəinki komanda oyununa.
Rəqib əksinə komanda şəklində çıxış edərək layiqli qələbə qazandı. Demək olar çütün taleyinə aydınlıq gəlib. Sadəcə qalır səfərdə layiqli mübarizə aparmaq və klub reytinqinə müsbət fayda vermək. Amma umumi baxası olsaq, yeni komanda olan "Araz"ın bir mərhələ adlaması da təqdirəlayiqdir".
XANOĞLAN