“Mən "Araz-Naxçıvan"ın məğlubiyyətini biabırçı saymıram"

13 Avqust 19:40 Araz-Naxçıvan 358
“Mən "Araz-Naxçıvan"ın məğlubiyyətini biabırçı saymıram"

Futbol mütəxəssisi Etibar İbrahimov Sportinfo.az-a açıqlama verib.

O, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Araz Naxçıvan"ın"Omoniya"dan acı məğlubiyyət almasını (0:4) şərh edib:

"Hesab böyük oldu, bəlkə daha da pis ola bilərdi. Amma bunu biabırçı məğlubiyyət saymıram.

Mənim üçün yaxşı məşqçilər və yaxşı komandalar heç vaxt məğlub olmur. Onlar ya udurlar, ya da öyrənirlər.

Düşünürəm ki, həm Elmar müəllim yaxşı məşqçidir, həm də "Araz" yaxşı komandadır. Onlar bu görüşdən böyük dərs çıxarmalıdır.

Biz "Araz"ın zəif çıxışını çox danışırıq, amma "Omoniya"nın gücünü görməzdən gəlmək olmaz. 16 qat Kipr çempionudur,

1948-cu ildən mövcuddur. "Araz" erkən qollar buraxdı. Əvəzini çıxmaq üçün irəli atıldılar.

Belədə də keyfiyyəti yüksək olan kipirlilər əks-hücumda fərqi daha da böyütdü".

İbrahimov bu cür məğlubiyyətin gələcəkdə komandaya mütləq fayda verəcəyini sözlərinə əlavə edib:

"Araz" sanki çəkindi. Komandada özünəinam yox idi.

Bu da təcrübədən irəli gəlir. Açığı, rəqib layiqli qələbə qazandı.

"Araz" birinci mərhələdə layiqli çıxış etmişdi. Bu məğlubiyyət isə gələcəkdə yaxşı işlər görmək üçün dərs olmalıdır.

Məncə, komanda düz yoldadır. Gələcəkdə daha uğurlu çıxış edə bilər".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 18:10 Çək və bizə göndər!
13 Avqust 09:00 "Sumqayıt"dan ilk satış
13 Avqust 08:00 Xəzərdə zəlzələ oldu
13 Avqust 05:00 Yeni müqavilə - 3 İLLİK