“Araz-Naxçıvan”da belə biri var, deyir, təslim olmamışıq!

12 Avqust 20:00 Araz-Naxçıvan 165
“Araz-Naxçıvan”da belə biri var, deyir, təslim olmamışıq!

Konfrans Liqasının III mərhələsindəki təmsilçimiz “Araz-Naxçıvan” çətin sınaq qarşısındadır.

Ötən həftə “Omoniya” ilə Bakıdakı qarşılaşmada 0:4 hesabı ilə darmadağın olan “qırmızı-ağlar” revanş arzusundadır.

Ağır yenilginin əvəzini çıxıb pley-offa yüksəlmək çətin görünsə də, mümkünsüz deyil.

Bunu Sportinfo.az-a açıqlamasında cavab oyunu barədə danışan almaniyalı hücumçu Ba-Muaka Simakala deyib:

“Sözsüz, ilk matçdakı yenilgi işimizi çətinə saldı. Lakin idmanın hər bir növündə sona qədər mübarizə aparmaq vacib şərtdir.

“Omoniya” bizə 4 qol vurmağı bacardısa, eynisini biz də edə bilərik. Şəxsən bunu bacaracağımıza inanıram.

Ola bilsin, ilk oyundan sonra insanlar bizə inanmasın. 0:4-ü unudub, döyüşkənliyi artırıb hədəfimizə çatmalıyıq.

Əsas odur ki, təslim olmamışıq. Futbolda hər şey mümkündür”.

Avqustun 14-də Nikosiyada keçiriləcək duelin start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 21:30 Çək və bizə göndər!
12 Avqust 18:00 Çapan Qarabağ atları
12 Avqust 08:30 Gedənlərin sayı 13 oldu
12 Avqust 04:50 Yeni baş katib təyinatı