Kipr 10-a çatıb - "Araz Naxçıvan"ın məğlubiyyətinə görə

10 Avqust 02:30 Araz-Naxçıvan 1 424
Kipr 10-a çatıb - "Araz Naxçıvan"ın məğlubiyyətinə görə

"AEK Larnaka"nın Avropa Liqasında evdə "Legiya"ya 4:1 və "Omoniya"nın Bakıda "Araz Naxçıvan"a 4:0 hesabı ilə qalib gəlmələri sayəsində Kipr klublarının bu mövsüm avrokuboklarda qazandıqları qələbələrin sayı 10-a çatıb.

Sportinfo.az xəbər verir ki, Polşa və İsveç təmsilçiləri də hərəyə 10 oyunda qalib gəliblər.

İslandiya və Ukrayna klubları hazırkı mövsümdə avrokuboklarda hərəyə 7 qələbə qazanıblar.

Azərbaycan və daha 9 ölkənin komandaları hərəyə 6 dəfə qalib gəliblər.

Təmsilçilərimizdən "Qarabağ" 3, "Sabah" 2, "Araz Naxçıvan" isə 1 qələbə qazanıb. Bu nəticə sayəsində ölkəmizin hesabına 1.875 xal yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu