“Omoniya”nın vingeri “Araz”ı təriflədi, darmadağının səbəbini dedi

9 Avqust 22:20 Araz-Naxçıvan 329
“Omoniya”nın vingeri “Araz”ı təriflədi, darmadağının səbəbini dedi

“Belə nəticəyə görə hədsiz sevincliyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Omoniya”nın vingeri Villi Semedu deyib.

Cümə axşamı Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində baş tutan qarşılaşma “Araz-Naxçıvan” üçün uğursuz başa çatdı.

Təmsilçimiz “Omoniya” ilə görüşdə 4 cavabsız top buraxaraq mərhələ adlamaq şansını kifayət qədər çətinə saldı.

Kabo-Verde millisinə də dəvət alan Semedu qələbə hislərini bölüşüb:

“Araz-Naxçıvan” yaxşı təşkilatlanmış kollektivdir. Heyətlərində ustalıq səviyyəsi yüksək olan futbolçular var.

Onlar bunu “Aris”lə matçlarda göstərmişdi. Qeyri-adi heç nə etmədik.

Məşqçilər heyətinin verdiyi tapşırıqları yerinə yetirərək vacib qələbə qazandıq. Yaxşı mübarizə apardıq, ələ düşən imkanları dəyərləndirdik.

Komandamızın və azarkeşlərimizin adına sevinirəm”.

Avqustun 14-də “Araz-Naxçıvan”la “Omoniya” arasında Kiprdə baş tutacaq cavab qarşılaşması saat 21:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti