Bu gün “Araz-Naxçıvan”a XOŞ XƏBƏR verildi!

9 Avqust 21:20 Araz-Naxçıvan 1 299
Bu gün “Araz-Naxçıvan”a XOŞ XƏBƏR verildi!

“Araz-Naxçıvan”ın futbolçusu Çarls Boli növbəti oyunda komandasına kömək edə biləcək.

Sevindirici xəbər MRT müayinəsindən sonra verilib.

“Omoniya” ilə Bakıdakı görüşün 24-cü dəqiqəsində zədələnən framsız yarımmüdafiəçi Nunu Rodriqeslə əvəzlənmişdi.

Həkim müayinəsindən sonra Bolinin zədəsinin ciddi olmadığı aşkarlanıb. O, komandanın həftəiçi məşqlərində iştirak edəcək.

Meydana çıxıb-çıxmayacağı ilə bağlı qərarı baş məşqçi Elmar Baxşıyev verəcək.

Avqustun 7-də Bakıda baş tutan “Araz-Naxçıvan” – “Omoniya” duelində qonaqlar 4:0 hesabı ilə qələbə qazanıb.

Avqustun 14-də Kiprdə keçiriləcək vavab matçının start fiti saat 21:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti