“Elə bil, ikinci liqa komandası ilə oynayırdıq” – Kiprdən Bakıya atmaca

9 Avqust 16:40 Araz-Naxçıvan 2 144
“Elə bil, ikinci liqa komandası ilə oynayırdıq” – Kiprdən Bakıya atmaca

Vay o günə ki, avrokuboklardakı hansısa klubumuz nisbətən zəiflə düşə.

Ya da, hansısda təmsilçimiz mərhələni adlaya.

Vəssalam, azərbaycanlı sosial media “qəhrəmanları” yağışdan sonrakı göbələk kimi ortalığa çıxıb, yazdıqları şərhlərlə ölkənin adını və mədəniyyəti heçə endirirlər.

Söyüş, təhqir, aşağılamaq – pis adına nə varsa, hamısından istifadə etməklə özlərini gülünc vəziyyətə salırlar. Əsası illər öncə qoyulan iyrənc ənənə bu günə qədər davam etməkdədir.

Bu dəfə eyni münasibəti kiprli azarkeşlər bizə göstərib.

“Araz-Naxççıvan”ın “instagram” hesabında paylaşılan 0:4 hesablı yenilgi ilə bağlı posta Kiprdən yazılan rəyləri təqdim edirik:

“Çox təəssüflənirəm, uşaqlar. Bu, sizə ağır zərbə oldu. Halbuki, komandanız daha yaxşısını haqq edirdi. Ümidləriniz ölməyib yəqin. Cavab oyunu var axı”.

“Aris”in bu cür komandaya necə uduzduğunu anlaya bilmirəm. Elə bil ikinci liqa komandası ilə oynayırdıq. Çox zəifsiniz. İrəli, “Omoniya”!

“Bu, zarafatcıl komandanın “Konfrans”da nə işi var?”

“Boli hardaydı? Ötən il Kiprdə çox yaxşı oynayırdı”.

“Aris” bu komandanı keçə bilmədiyinə görə utanır yəqin”.

“Aris” azarkeşi olaraq bu rəqibə uduzduğumuza görə utanıram. Bravo, “Omoniya”!

“Kiprə gəlməyə ehtiyac qalmadı yəqin”.

“Omoniya” ilə “Araz-Naxçıvan” arasındakı cavab qarşılaşması avqustun 14-də keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti