Pis günün hesabı: "Araz"da elə rahatlıq var idi ki, sanki… VİDEO

9 Avqust 17:00 Araz-Naxçıvan 187
Pis günün hesabı: "Araz"da elə rahatlıq var idi ki, sanki… VİDEO

"Aris"lə qarşılaşmalar "Omoniya"nı "Araz-Naxçıvan"la matça çox yaxşı motivasiya etmişdi.

Əsas məsələ komandamızın meydanda göstərəcəyi reaksiya idi.

Təəssüflər olsun ki, bu, baş vermədi. Bütün komponentlərdə rəqib daha üstün idi.

Bir vacib məsələ isə budur: "Araz Naxçıvan"ın "Aris"i mübarizədən kənarlaşdırmasını futbol ictimaiyyəti olaraq o qədər böyütdük ki, sanki Konfrans Liqasında əsas mərhələyə yüksəliblər.

Futbolçularda elə rahatlıq var idi ki, elə bil, lazım olan işin öhdəsindən gəliblər. Çünki o qədər təriflər yağdı ki, onlara elə gəldi ki, "Aris"ə qalib gəlmişik, bundan o tərəfi yoxdur".

Bu açıqlama futbol mütəxəssisi Amit Quluzadəyə məxsusdur.

Tanınmış jurnalist Elçin Cəfərovla “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində "Araz Naxçıvan"-"Omoniya" matçında (0:4) komandamızın məğlubiyyətinin səbəbləri barədə danışan A.Quluzadə bir sıra nüanslara diqqət çəkib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti