
“Araz-Naxçıvan” Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kiprin “Omoniya” komandası ilə qarşılaşıb.
Matç təmsilçimizin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Komandaların cavab qarşılaşması avqustun 14-də baş tutacaq.
“Araz-Naxçıvan”(Azərbaycan) – “Omoniya” (Kipr) 0:4
Qollar: Laizos Laizu, 13, 22, Evandro, 55, Stefan Yovetiç, 58