"Omoniya"nın baş məşqçisi Bakıda “Qarabağ”dan danışdı

7 Avqust 22:50 Araz-Naxçıvan 179
"Omoniya"nın baş məşqçisi Bakıda “Qarabağ”dan danışdı

Bu gün “Araz-Naxçıvan” Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kiprin “Omoniya” komandası ilə qarşılaşıb. Matç təmsilçimizin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Omoniya"nın baş məşqçisi Henninq Berq jurnalistlərin suallarını cavblandırıb:

- Xoşbəxtik. Sevinirik ki, 4 qol vurduq, qol buraxmadıq. Hazırda bu nəticədən sonra komandamız vəziyyətdədir. Amma heç nə tamamlanmayıb, evdə oynamalıyıq. İşimizi orada tamamlamalıyıq. Bu oyunda komandamız yaxşı idi. Müdafiə olunanda yaxşı işlədik. Komandanın performansından və nəticədən razı qaldım".

- Bundan əvvəl "Qarabağ"la oyun üçün Bakıya gəlmişdiniz. "Araz-Naxçıvan"la onları necə müqayisə edərdiniz?

- "Qarabağ"la qarşılaşanda səfərdə heç-heçə onamışdıq. Patrik Andrade də orada oynayırdı. "Qarabağ" daha təcrübəli idi, "Araz-Naxçıvan" yeni qurulan komandadır. 1-2 oyunla müqayisə aparmaq çətindir. 3-4 il vaxt keçib. "Araz-Naxçıvan" yaxşı oyun nümayiş etdirir. "Aris"ə qarşı çox yaxşı çıxış etdilər, inamlı qələbə qazandılar. Bu gün bizim qələbəmiz asan olmadı. Sadəcə qollarımızı vurduq. Müdafiədə uğurlu çıxış etdik və "Araz-Naxçıvan"ın işini çətinləşdirdik.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 17:30 Çək və bizə göndər!
7 Avqust 04:50 Bunlar da belə deyir...