“Araz-Naxçıvan” Bakıda darmadağın oldu

7 Avqust 21:53 Araz-Naxçıvan 1 512
“Araz-Naxçıvan” Bakıda darmadağın oldu

"Araz-Naxçıvan" Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.

Sportinfo.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Omoniya" kollektivini qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.

Qonaqların heyətində Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib. 55-ci dəqiqədə Evandro, 58-ci dəqiqədə Stefan Yovetiç adını tabloya yazdırıb.

Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.

Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

Komandaların cavab qarşılaşması avqustun 14-də olacaq.

20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Omoniya” (Kipr) 0:4

Qollar: Loyzos Loyzu, 13, 22, Evandro, 54, Stevan Yovetiç, 57
Baş hakim: Ondrjey Berska (Çexiya)
Bakı. "Liv Bona Dea Arena"

"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 17. İssuf Paro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarlz Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 23. Nuno Rodriqes, 26. Ömər Buludov, 44. Rahil Məmmədov.
Baş məşqçi: Elmar Baxşıyev.

"Omoniya": 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stevan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İoannis Masuras, 30. Nikolaos Panayotu, 31. İoannis Kusulos (k), 75. Loyzos Loyzu.
Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 98. Xaralambos Kiriakidis, 2. Alfa Dyounku, 6. Karel Eytinq, 9. Mariuş Stepinski, 24. Amin Xammas, 27. Stefan Simiç, 33. Mateuş Musialovski, 44. Noviça Erakoviç, 85. Angelos Neofitu, 90. Xristos Konstantinidis, 91. Konstantios Panaqi.
Baş məşqçi: Henninq Berq.

Digər Xəbərlər
Xəbər Lenti