"Omoniya" ilə oyun öncəsi hamı bu xəbərə çox sevinəcək!

17:00 Araz-Naxçıvan 534
"Omoniya" ilə oyun öncəsi hamı bu xəbərə çox sevinəcək!

Avrokuboklarda 3 klubumuz yoluna davam edir.

Xüsusilə "Araz-Naxçıvan"ın uğurlu çıxışı hamını təəccübləndirdi.

Muxtar respublika təmsilçisi qısa müddətdə formalaşmasına baxmayaraq, özündən çox güclü "Aris"i mübarizədən uzaqlaşdırmağı bacardı.

Özü də hər iki görüşdə məğlub olmadan, yaxşı oyun göstərərək.

Təəssüf ki, bu klub ilk ev oyununda diqqətsiz qaldı.

Tribunalara heç 1500 azarkeş cəm olmadı.

Budəfəki rəqib Kiprin "Omoniya" klubudur.

İlk oyun bu axşam Bakıda baş tutacaq.

Sevindirici məqam odur ki, yunanlarla görüşdən fərqli olaraq bu dəfə matça ciddi azarkeş marağı var.

Belə ki, oyunun başlanmasına 3 saatdan artıq qalmasına rəğmən təxminən 3000-ə yaxın bilet satılıb.

Oyun saatında sayın daha çox olmaq ehtimalı yüksəkdir.

6700 nəfər tutumu olan "Bona Dea Arena"da anşlaq olacağı gözlənilir.

Deməli, yaxşı oyun, yaxşı nəticə naxçıvanlıları da həvəsə gətirib.

Ümid edək ki, onların da köməyi ilə Elmar Baxşıyevin komandası növbəti dəfə futbol ictimaiyyəti təəccübləndirməyi bacaracaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti