"Çox zəhmli və zabitəli rəhbərdir, işini düzgün qurub" - VİDEO

7 Avqust 18:00 Araz-Naxçıvan 763
"Çox zəhmli və zabitəli rəhbərdir, işini düzgün qurub" - VİDEO

«Zaur Axundov çox zəhmli və zabitəli rəhbərdir, işini düzgün qurub».

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir. O

, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Araz-Naxçıvan»ın avrokubboklarda uğurlu start götürməsi haqda fikirlərini bölüşüb.

Bildirib ki, tarixində ilk dəfə qitə arenasına çıxan «ağ-qırmızılar»ın Konfrans Liqasında «Aris»i udması təsadüfi deyil.

Tanınmış teleşərhçinin dediyinə görə, klubda bacarıqlı şəxslər çalışıb.

Abbasov qeyd edib ki, Naxçıvan Futbol Federasiyasının prezidenti olan Z.Axundov yaxşı tanıdığı Ceyhun Sultanovu skaut vəzifəsinə gətirməklə, Elmar Baxşıyevin işini yüngülləşdirib və ona böyük köməklik göstərib.

Ekspertin qənaətinə görə, «Araz»da Axundov-Sultanov-Baxşıyev triosu əla vəhdət yaradıb və onlar bir-birini əla tamamlayır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?