Azərbaycan komandası üçün qırılma anı... VİDEO

14:00 Araz-Naxçıvan 306
Azərbaycan komandası üçün qırılma anı... VİDEO

“Matçın qırılma anı qol buraxdıqdan sonra “Araz Naxçıvan”ın verəcəyi cavab idi.

Tez bir zamanda hesab bərabərləşməsəydi, hadisələr əks cərəyan edəcəkdi.

“Aris” oyunu müdafiədən qəbul edəcəkdi, komandamız da məcbur qalıb, arxa xəttini irəli çəkəcəkdi. “Araz Naxçıvan”ın qolundan sonra “Aris” də buna qarşılıq vermək istəyirdi.

Hücuma qoşulma nəticəsində boş zonalar yarandı, nəticədə “Araz Naxçıvan” yaranan əks-hücum nəticəsində hesabda irəli çıxdı.

Əsas məsələlərdən biri də təmsilçimizin ehtiyat skamyasının etibarlı olması idi.

Yəni əvəzedilənlər də meydanda olanların gördükləri işi layiqincə görməyi bacardılar. Elə də ciddi bir fərq olmadı”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun və sabiq futbolçu Amit Quluzadənin təqdimatında yayımlanan verilişdə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Araz Naxçıvan” – “Aris” matçı (2:1) haqda maraqlı fikirlər səsləndirilib, komandamızda qələbə üçün vacib detallar diqqətə çatdırılıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti