Növbəti transfer - Müqavilənin müddəti 1 ildir

25 İyul 17:20 Araz-Naxçıvan 355
Növbəti transfer - Müqavilənin müddəti 1 ildir

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.

R. Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.

"Araz-Naxçıvan" bunadək Bar Cohen (“Makkabi Netaniya”), Çance Simakala Ba-Muaka ("Osnabruk", Almaniya), Bruno Franko (“Lokomotiv”, Sofiya), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade (son klubu "Qarabağ") və Hamidu Keytanı ("Konyaspor", Türkiyə) sıralarına qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!