Yığmamızın müdafiəçisi Avropa ilə vidalaşdı, 1 illik müqaviləyə qol çəkdi

25 İyul 2025 09:00 Araz-Naxçıvan 2 003
Yığmamızın müdafiəçisi Avropa ilə vidalaşdı, 1 illik müqaviləyə qol çəkdi

Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədovun legioner karyerası rəsmən başa çatıb.

O, «Radomyak»la yollarını ayırıb.

2024-cü ilin yayında bu klubla 2 illik müqavilə imzalayan «Neftçi»nin yetirməsi kontraktı qarşılıqlı razılıq əsasında pozub.

2023-cü ilin əvvəlində «Qarabağ»dan Polşaya yollanan və «LKS-Lodz»la anlaşan Rahil bundan sonra «Araz-Naxçıvan»ın formasını geyinəcək.

Arxa xətt oyunçusu artıq tibbi baxışdan uğurla keçib və bu gün anlaşmanı rəsmiləşdirəcək. Sözləşmə birillik nəzərdə tutulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti