Rumıniyalının yolu Qəbələdən Mərdəkana düşdü – Penalti qoxusu gəlir

24 İyul 19:40 Araz-Naxçıvan 261
Rumıniyalının yolu Qəbələdən Mərdəkana düşdü – Penalti qoxusu gəlir

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Aris”lə keçirəcəyi oyunun hakimləri məlumdur

Bu axşam Bakıda baş tutacaq ilk matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Andrey Kivulete olacaq. Ona laynsmanlar Mirça Mihail Qriqoriu və Andrey Qabriel Konstantinesku kömək edəcək. Dördüncü hakim funksiyasını isə Radu Petresku yerinə yetirəcək.

38 yaşlı hakim Rumıniyada kifayət qədər tanınır. Onu tanıdan fakt isə 23 yaşından bu ölkənin yüksək dəstə oyunlarında fit çalmasıdır.

Rumıniya Super Liqasında 15 il keçirməsinə baxmayaraq, FİFA statusuna 5 il əvvəl yiyələnib. Və bu müddətdə avrokuboklarda 10 matç idarə edib.

Onlardan birində yyolu bizimkilərlə kəsişib.

2023-cü ilin iyulunda “Qəbələ” Konfrans Liqasının II təsnifat mərhələsində “Omoniya” ilə qarşılaşanda, meydanda yaşananlara Andrey nəzarət edib. Qəbələdə keçirilən görüşdə meydan sahibləri hesabda öndə olmasına baxmayaraq, kiprlilər 3 top vuraraq qələbə qazanıb.

Rumın referi rəqibin 5, qəbələlilərin 2 futbolçusuna sarı vərəqə göstərdiyi qarşılaşmada “Qəbələ”nin qapısına penalti təyin edib.

Kivulete Azərbayacana bu dəfəki səfərində Mərdəkanda əsas söz sahibinə çevriləcək. Yenə Konfrans Liqasında, yenə II mərhələdə. Ümid edək ki, sonda sevinən qonaqlar yox, meydan sahibləri olacaq.

Yeri gəlmişkən, bu hakim indiyə qədər bütün turnirlərdə idarə etdiyi 291 rəsmi matçda qapılara 105 penalti təyin edib, 73 futbolçuya “qırmızı” göstərib. Olduqca ciddi rəqəmlərdir.

“Liv Bona Dea Arena”da keçiriləcək “Aris” – “Araz-Naxçıvan” dueli saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!