
"Araz-Naxçıvan" Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"ə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.
Qarşılaşmada hesabı qonaqlar açıblar. 66-cı dəqiqədə Moron Loren fərqlənib. Bununla belə, özündə güc tapan meydan sahibləri 75-ci dəqiqədə Felipe Santosun, 3 dəqiqə sonra isə Patrik Andradenin qoluna seviniblər.
Tərəflər arasında cavab matçı iyulun 31-də Salonikidə baş tutacaq.
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) – "Aris" (Yunanıstan) 2:1
Qollar: Felipe Santos, 75. Patrik Andrade, 78 – Loren Moron, 66.
Baş hakim: Andrey Kivulete (Rumıniya).
Bakı, “Dalğa Arena”.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribetro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarlz Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqes, 26. Ömər Buludov.
Baş məşqçi: Elmar Baxşıyev.
"Aris": 33. Georgis Atanasiadis, 4. Fabiano, 7. Karles Peres, 8. Monçu (k), 10. Uroş Raçiç, 14. Yakub Brabeç, 27. Noa Fadiqa, 37. Hamza Mendil, 80. Loren Moron, 97. Fredrik Yensen, 99. Kleyton Diandi.
Ehtiyat oyunçular: 21. Lovro Maykiç, 91. Emilyano Karaj, 15. Alvaro Texero, 17. Martin Fridek, 18. Olimpiu Morutan, 24. Pedro Alvaro, 28. Dudu, 41. Kostas Xarupas, 70. Yannis Yanniotas, 77. Mixail Panagidis.
Baş məşqçi: Marinos Uzunidis.