Bu xəbərə üzüldülər

24 İyul 2025 16:40 Araz-Naxçıvan 965
Bu xəbərə üzüldülər

Konfrans Liqasındakı digər təmsilçilərimiz bu axşam meydana çıxacaq.

Avrokuboklarda debüt edən “Araz-Naxçıvan” sözügedən turnirin ilk oyunu çərçivəsində “Aris”i qəbul edəcək.

Naxçıvan təmsilçisi vacib oyun öncəsi ciddi itki ilə üz-üzə qalıb. Belə ki, əsas müdafiəçilərdən olan İssuf Paro məşqdə zədələnib.

Burkino Fasodan olan futbolçunun meydana çıxması çətin görünür.

Hətta bu, iynə gücünə mümkün olsa belə, Paronun hansı səviyyədə oynayacağı sual doğurur.

Həkimlər onu hazır vəziyyətə gətirməyə çalışır, məşqçilər heyəti isə mümkün itkinin qarşılığında çıxış yolları axtarır.

Bu axşam “Liv Bona Dea Arena”da baş tutacaq oyun saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq