"Komanda yenilənib, keyfiyyətli oyunçular gəlib"

24 İyul 02:10 Araz-Naxçıvan 152
"Komanda yenilənib, keyfiyyətli oyunçular gəlib"

Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan"ın müdafiəçisi və kapitanı Ürfan Abbasov Konfrans Liqası 2-ci təsnifat mərhələsinin "Aris"lə ilk matçı haqda fikirlərini bildirib:

- Sabah bizi ağır oyun gözləyir. Yaxşı hazırlaşmışıq. Ümid edirik ki, müsbət nəticə qazanacağıq.

- Rəqib təcrübəli komandadır. Bəs "Araz-Naxçıvan" hansı amilin hesabına sərfəli nəticə əldə edə bilər?

- Rəqibi təhlil etmişik. Baş məşqçi onların zəif və güclü tərəflərini bizə başa salıb. Rəqibin zəif nöqtələrindən istifadə etməyə çalışacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Türkiyədə yoxlama oyunları keçirdiniz. Sizcə, komandanın üstün cəhətləri hansılardır?

- Türkiyə Super Liqa təmsilçiləri ilə oynadıq. Yetərincə güclü komandalar idi. Komanda yenilənib, keyfiyyətli oyunçular gəlib. Hücumda daha yaxşı oynamağa çalışırıq.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!