
Avrokuboklarda debüt edəcək “Araz-Naxçıvan” Yunanıstan təmsilçisi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Naxçıvanlılar Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə oyunlardan qalib ayrılmağa çalışacaq.
İlk oyun cümə axşamı Bakıda baş tutacaq.
Salonikini təmsil edən komanda iyulun 24-də dəstəksiz qalmayacaq.
Belə ki, oyun günü “Dalğa Arena”nın tribunalarında “yaşıl-qaralar”ı dəstəkləyən 20-yə yaxın yunan fanat öz yerini tutacaq.
“Aris” bununla bağlı “Araz-Naxçıvan”a müraciət edərək mıəhz göstərilən qədər oturacağın ayrılmasını xahiş edib. Meydan sahibi klub 8-ci sektoru qonaq tərəfdarların ixtiyarına verib.
İyulun 24-də baş tutacaq “Araz-Naxçıvan” – “Aris” görüşü saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ