Hücumçusu "Araz-Naxçıvan"la oyunda zədələndi - 1 ay olmayacaq

20 İyul 2025 11:30 Araz-Naxçıvan 912
Hücumçusu "Araz-Naxçıvan"la oyunda zədələndi - 1 ay olmayacaq

"Trabzonspor"un heeyətində ciddi itki baş verib.

Sport.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Pol Onuaçu sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı forvard "Araz-Naxçıvan"la keçirilən yoxlama matçında (2:3) sol ayağından zədələnib. 31 yaşlı oyunçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Türkiyə Super Liqasında mövsüm 8 avqust tarixində başlayacaq. Təcrübəli forvard ilk iki turda komandasına kömək edə bilməyəcək..

"Trabzonsporinfo" Pol Onuaçunu 1 iyul tarixində "Sauthempton"dan 5,6 milyon avroya transfer edib. Təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanı

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq