"Araz-Naxçıvan" U-19 millisinin oyunçusunu da heyətinə qatdı

01:00 Araz-Naxçıvan 103
"Araz-Naxçıvan" U-19 millisinin oyunçusunu da heyətinə qatdı

"Araz-Naxçıvan" futzal klubu heyətini U-19 millisinin üzvü Ədalət Ələkbərovla gücləndirib.

Sportinfo.az xəbər verir ki, gənc futzalçı ilə 1 illik müqavilə imzalanıb.

Daha əvvəl Qazaxıstanın "Astana" klubundan ayrılan milli üzvü Rövşən Hüseynlini, Mirzə Əmirovu heyətinə qatan son Azərbaycan çempionu Amirhossein Rasouli, Roman Adamov, Mateus Enrike, Əmir Şocai, Nurlan Məmmədov, Novruz Kazıxanov, Lazar Milosavljeviç, Əli Quliyev və Ali Rostami ilə vidalaşıb.

Bununla yanaşı, Qüdrət Qasımzadə, Xəzər Ağalızadə, Ülvi Əliyev, Covanni Valerio, Karlos Bartola, Emin Kürdov və Əli Həsənzadənin müqavilələrinin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.

Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR