"Araz-Naxçıvan" iştirak ərizəsinə hansı oyunçuların adlarını daxil etdi? - SİYAHI

19:20 Araz-Naxçıvan 228
"Araz-Naxçıvan" iştirak ərizəsinə hansı oyunçuların adlarını daxil etdi? - SİYAHI

"Araz-Naxçıvan" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Siyahıya 2-si qapıçı olmaqla ümumilikdə 21 futbolçunun adı daxil edilib.

Qapıçılar: 12. Kristian Avram, 94. Tərlan Əhmədli

Müdafiəçilər: 34. Ürfan Abbasov, 77. Bruno Franko, 5. Slavik Alxasov, 26. Ömər Buludov, 3. Bəxtiyar Həsənalızadə, 22. Elçin Mustafayev, 17. İssouf Paro, 4. İqor Ribeiro

Yarımmüdafiəçi: 70. Boli Çarles, 29. Vanderson Melo, 19. Bar Kohen, 6. Patrik Andrade, 2. Qara Qarayev, 14. Ülvü İsgəndərov, 7. Keyta Hamidou, 23. Nuno Rodrigues, 10. Felipe Santos,

Hücumçu: 16. Ramon Maçado, 11. Ba-Muaka Simakala

“Araz-Naxçıvan”ın “Aris”lə ilk oyunu iyulun 24-də, saat 20:00-da, "Dalğa Arena"da keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Yunanıstanda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti