Azərbaycanlı baş məşqçidən "Trabzonspor" üzərində qələbəyə REAKSİYA

18 İyul 2025 01:50 Araz-Naxçıvan 1 098
Azərbaycanlı baş məşqçidən "Trabzonspor" üzərində qələbəyə REAKSİYA

Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilən "Trabzonspor"la oyunu (3:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə verdiyi açıqlamada deyib:

“Bu Türkiyədə sonuncu yoxlama oyunumuz idi. Elə planlaşdırmışdıq ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdən güclüyə doğru dəyişsin.

“Trabzonspor” haqda geniş danışmaq artıqdır. Superliqanın iddialı komandası ilə oyunda çalışdıq ki, rəsmi matça nə dərəcədə hazır olduğumuzu dəqiqləşdirək.

Futbolçularımız məşqlərdə işlədiyimiz elementləri tətbiq etməyə, əvvəlki oyunlardakı səhvləri təkrarlamamağa çalışdılar. Ümumi götürdükdə, uşaqların toplanış çərçivəsində gördüyü işdən razı qaldım.

Faydalı toplanış oldugunu düşünürəm. Superliqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu. Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq