"Aris"in menecerindən “Araz"a XƏBƏRDARLIQ: “Hazır olacağıq, hər şeyimizi verəcəyik”

01:00 Araz-Naxçıvan 211
"Aris"in menecerindən “Araz"a XƏBƏRDARLIQ: “Hazır olacağıq, hər şeyimizi verəcəyik”

“Aris”İN (Yunanıstan meneceri Georgios Ququlias Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”a qarşı keçiriləcək görüşlə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi “Novasports”a açıqlamasında bunları deyib:

"Azərbaycanda baş tutacaq ilk oyuna köklənmişik. Çətin səfər matçı olacaq.

Qarşıda bizi uzun yol gözləyir. Amma hazır olacağıq, hər şeyimizi verəcəyik və hər iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlməyə çalışacağıq".

“Araz-Naxçıvan” – “Aris” matçları iyulun 24-ü və 31-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda