
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dəyişikliyə əsasən, komanda bu gün daha bir oyun keçirəcək. “Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Superliqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.
"Araz-Naxçıvan" toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.
Premyer Liqa klubu bunadək Türkiyə Həvəskar Liqa təmsilçisi "Bayburtspor"a 14:0 hesabı ilə qalib gəlib, Superliqa təmsilçisi "Alanyaspor"la isə 0:0 hesablı heç-heçə edib.