“Əlbəttə, səhvlər olur”

08:30 Araz-Naxçıvan 113
“Əlbəttə, səhvlər olur”

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilən "Alanyaspor"la oyunu (0:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə verdiyi açıqlamada deyib:

"Hazırlığımız plan üzrə gedir. Bu matçdakı rəqibimiz Türkiyə Superliqası komandasıydı.

"Alanyaspor"la oyunda da demək olar, heyətin bütün üzvlərinə şans verdik. Hamını məşqlə paralel oyunda da yoxlamaq istəyirik.

Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq. Əlbəttə, səhvlər, çatışmazlıqlar olur.

Biz də bu cür matçlarda həmin problemləri aşkarlamaq, məşqlərdə aradan qaldırmağa istəyirik. Uşaqlar çox istəklidirlər.

Bu da sevindirici məqamdır. Ümumi götürdükdə, komandanın performansından razı qaldım".

Digər Xəbərlər
Xəbər Lenti