
Millinin müdafiəçisi "Araz Naxçıvan"la danışıqlar aparıb.
Saytımızın əldə etdiyi məlumata görə, bugünlərdə "Neftçi"dən gedən müdafiəçi Premyer Liqanın bürünc medalçısınin təmsilçiləri ilə görüşüb.
Muxtar Respublika klubu İran kökənli 31 yaşlı arxa xətt oyunçusuna 1 illik müqavilə təklif edib.
Lakin onlar maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyiblər. Höccət 150 min dolların üstündə məbləğ istədiyindən, onun keçidi gerçəkləşməyib.
"Araz Naxçıvan" bu yay hələlik yerli statuslu oyunçu transfer etməyib. Yeni gələnlərin hamısı legionerdir.
Bar Cohen (“Makkabi Netaniya”), Çance Simakala Ba-Muaka ("Osnabruk", Almaniya), Bruno Franko (“Lokomotiv”, Sofiya), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade (son klubu "Qarabağ") və Hamidu Keyta ("Konyaspor", Türkiyə) ilə birillik müqavimlə imzalanıb.