
“Bu dəqiqə məşqlərə daha çox vaxt ayırdığımdan, şəhəri görməyi sonraya saxlamışam”.
“Araz-Naxçıvan”ın yeni transferi Bruno Franko Sportinfo.az-a açıqlamasında belə deyib.
İyunun üçüncü yarısında Azərbaycana gələn braziliyalı legioner bildirib ki, hələ Bakını gəzmək imkanı olmayıb:
“Düzünü desəm, paytaxtınızı elə də çox gəzməmişəm. Qaldığım əraziyə və yolda gördüklərimə əsasən,
Bakının işıqlı və təmiz şəhər olduğunu deyə bilərəm. Bir az zaman keçsin, bu barədə ətraflı danışarıq”.
"Araz-Naxçıvan”ın sol cinah müdafiəçisi ilə anlaşması 1 illikdir. 27 yaşlı “sambaçı” ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib.
O, daha öncə Bolqarıstanda “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branco”, “Batatais” və “Mogi Mirim”in formasını geyinib.