Onlara lazım olmayan kapitan bu kluba getdi

6 İyul 2025 18:35 Araz-Naxçıvan 2 519
Onlara lazım olmayan kapitan bu kluba getdi

«Karvan» sıralarına yeni oyunçu qatıb.

«Araz-Naxçıvan»dan ayrılan Vadim Abdullayev karyerasını Yevlax təmsilçisində davam etdirəcək.

Muxtar Respublika təmsilçisinin sabiq kapitanı yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

16 ildən sonra Premyer Liqaya qayıtmış aranlılar adını çəkdiyimiz yarımmüdafiəçidən öncə 3 transfer çalışmasını reallaşdırıb.

«Turan Tovuz»dan Eltun Turabov, «Səbail»dən Süleyman Əhmədov və «Şamaxı»dan Vüsal Məsimovu rənglərinə bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq